Səbail rayon İcra Hakimiyyəti 5 Mart- Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş tədbir keçirib
Bu gün Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 mart- Bədən tərbiyəsi və İdman gününə həsr olunmuş tədbir keçirilib. Siasport.az saytının məlumatına görə, Əl Oyunları Sarayında təşkil olunan tədbirdə Səbail rayon İcra hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, ali və orta məktəblərin tələbə və şagirdləri, gənclər və idmançılar iştirak edib.
İlk olaraq tədbirin rəsmi hissəsinə keçməzdən öncə sarayın foyesində şahmat və dama üzrə yarış keçirilib. Daha sonra Azərbaycan Dövlət Himninin səslənməsi ilə rəsmi hissə başlayıb. İdmançılar və Daxili Qoşunların xüsusi təyinatlı dəstəsi öz nümunəvi çıxışlarını təqdim ediblər.
Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayonda idman sahəsində görülən işlərdən söz açıb. İcra hakimi bildirib ki, Azərbaycanda ölkə rəhbərliyi gənc nəslə, onun sağlam böyüməsinə hər zaman qayğı göstərib və hazırda bu diqqət günü gündən artmaqdadır. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev də gənclərin idmanla məşğul olmalarını hər zaman dəstəkləyib, idmançıların beynəlxalq yarışlarda uğur qazanması üçün çox işlər görüb.
Tədbirin sonunda idman nümayəndələrinə diplom və medallar təqdim olunub və incəsənət ustaları konsert proqramı ilə çıxış edib.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB