Fatih Terimin "Fənərbaxça" planı!

Fatih Terimin "Fənərbaxça" planı!
Martın ortalarında səfərdə "Fənərbaxça" ilə qarşılaşacaq "Qalatasaray", artıq hazırlıq prosesinə elə indidən başlayıb. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Fatih Terim bazar ertəsi səfərdə oynayacaqları "Sivasspor" qarşılaşmasında əsas heyətin bir çox futbolçularına istirahət verəcək.
Təcrübəli futbol mütəxəssisinin belə addım atması təsadüfi deyil. Belə ki, əsas heyətin futbolçularının bu qarşılaşmada cəzalı vəziyyətə düşməməsi və "Fənərbaxça" ilə keçiriləcək qarşılaşmaya itkisiz çıxmaları üçün "imperator"un bu addıma əl atdığı bildirlir. Türkiyə mətbuatı xəbər verir ki, F.Terim komandanın əsas qapıçısı Musleranı da ilk 11-liyə daxil etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə