Abdurrahman Albayrak \"Qalatasaray\" futbolçuları üçün özəl təyyarə alacaq
\"Qalatasaray\" futbol klubunun rəhbərlərindən sayılan Abdurrahman Albayrak sensasiya sayıla biləcək açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, çılğın \"Qalatasaray\"lı olması ilə seçilən A.Albayrak, yaxın zamanlarda \"Qalatasaray\" futbolçuları üçün öz vəsaiti hesabına özəl təyyarə alacağını dilə gətirib.
Türkiyənin nüfuzlu \"Fanatik.com\" idman saytının yaydığı məlumata əsasən, bu barədə türkiyəli həmkarlarımıza açıqlama verən \"Qalatasaray\"lı idarəçi, bu arzusunun neçə illərdən bəri yarandığını və tezliklə bunu reallaşdıracağına əmin olduğunu bildirib. Bunun üçün artıq müəyyən miqdarda pul topladığını da deyən A.Albayrak, \"Qalatasaray\"ın böyük yüksəlişdə olduğunu diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB