Arda Turanla aktirisa Sinem Kobalın eşq macərası bitdi?

Arda Turanla aktirisa Sinem Kobalın eşq macərası bitdi?

İstanbulun \"Qalatasaray\" futbol klubunun keçmiş kapitanı Arda Turanla sevgilisi olan aktirisa Sinem Kobal arasındakı eşq macərası sona çatıb. Siasport.az saytı xəbər verir ki, bir neçə gün bundan əvvəl Türkiyə-Slovakiya qarşılaşmasında iştirak etmək üçün Bursaya gələn \"Atletiko Madrid\"in türk futbolçusu, yaxın ətrafına artıq S.Kobal ilə heç bir münasibətinin olmadığını və hər şeyin bitdiyini bildirib. Türkiyənin nüfuzlu \"Milliyet\" qəzeti yazır ki, A.Turan, S.Kobal ilə eşq münasibətlərinin sona çatmasına görə Türkiyə mətbuatını ittiham edib. O bildirib ki, mətbuatın həddən artıq onun şəxsi həyatına müdaxilə etməsi, sonda belə acınacaqlı sonluğa gətirib çıxardı.

Bütün xəbərlər Facebook səhifəmizdə