Tsxadadze komandasının heyətinə qayıtdı

Tsxadadze komandasının heyətinə qayıtdı

Xəbər verdiyimiz kimi "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze milli komandamızın Dubayda keçirdiyi təlim-məşq prosesini və yoldaşlıq oyununu yaxından izləmək üçün səfər edib. Siasport.az saytının məlumatına görə, artıq baş məşqçi Azərbaycana geri dönüb və komandasının məşqlərinə rəhbərlik edib. Məlumat üçün bildirək ki, bir neçə gün idi ki, komanda istirahət edirdi və artıq məşqlərini bərpa edib.


Orxan Faiq

Bütün xəbərlər Facebook səhifəmizdə