Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası dünən keçirilən Azərbaycan-Fələstin matçından sonra FİFA-ya müraciət edib. Buna səbəb millimizin Fələstinlə yoldaşlıq görüşünün hakimlərinin müəmmalı şəkildə dəyişdirilməsi olub.
Belə ki, Birləşmiş Ərəb Əmirlikləri Futbol Federasiyası öncədən FİFA və AFFA-ya göndərdiyi rəsmi məlumatda matçın baş hakimi kimi bu ölkənin nümayəndəsi Əli Həmadın adını göstərmişdi. Amma hakimin qərarlarından şübhələnən AFFA rəsmiləri fasilə zamanı oyunu başqa hakimin idarə etdiyini müəyyənləşdirib. Məlum olub ki, görüşü Əli Həmad yox, Əli Zarouni Mohammed idarə edir.
Adıçəkilən referi isə oyunboyu şübhəli qərarlar verməklə, matçın nəticəsinə təsir göstərib. İlk hissədə qapımıza oyundankənar vəziyyətdə qol vurulmasına göz yuman referi ardından komandamızın yarımmüdafiəçisi Rəşad Sadiqovu meydandan qovub. Nəticədə millimiz rəqibinə 0:2 hesabı ilə məğlub olub.
AFFA rəhbərliyinin müraciətindən sonra FİFA da bu qarşılaşmanın nəticəsini şübhə altına alıb. Bəzi iddialara görə, bukmeker kontorlarında Fələstinin qələbəsi üçün yüksək əmsal qoyulduğundan hakim "danışıqlar"a gedib. Oyunun nəticəsinin araşdırıldığını bildirən FİFA-nın mətbuat xidmətinin nümayəndəsi Sequlin Müre təlim-məşq toplanışı çərçivəsində keçirilən yoldaşlıq görüşlərində hakimin oyunun keçirildiyi ölkənin futbol federasiyası tərəfindən təyin olunmalı olduğunu bildirib.
Maraqlıdır ki, bu oyun FİFA-nın beynəlxalq yoldaşlıq görüşləri çərçivəsində müəyyənləşdirdiyi təqvim günündə keçirilsə də, ali futbol qurumunun rəsmi saytı milli komandamızın Dubay hazırlığı çərçivəsində 3 yox, 2 oyun keçirdiyini yazıb. 0:2 hesabı ilə uduzduğumuz matçın nəticəsinin ləğv olunacağı istisna edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB