Bernhard Lippert: “Bəxtimizin gətirməsi qələbə qazanmağımıza yardımçı oldu\"

Bernhard Lippert: “Bəxtimizin gətirməsi qələbə qazanmağımıza yardımçı oldu\"

21 yaşlı futbolçular arasında keçirilən Avropa Çempionatının seçmə mərhələsində İslandiya yığmasını 1:0 hesabı ilə məğlub etdikdən sonra Azərbaycan millisinin baş məşqçisi Bernhard Lippert oyun haqda fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, baş məşqçi oyunda komandanın bəxtinin gətirdiyini vurğulayıb.

"Çəkdiyimiz zəhmət və müəyyən mənada bəxtimizin gətirməsi qələbə qazanmağımıza yardımçı oldu. Bəxtimizin gətirməsini də qanunauyğun hesab edirəm. Çünki bundan əvvəlki oyunlarda – Norveç və Belçika yığmaları ilə oyunlarda da qələbə qazanmağa layiq idik. Lakin bəxtimiz gətirmədi. Bu oyundan əvvəl komandaya izah etməyə çalışdıq ki, daha kompakt oynayaraq qələbə qazanmalıyıq. Uşaqlar bu vəzifənin öhdəsindən gələ bildilər. Qələbəyə görə çox şadam".


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə