"Neftçi" klubunun braziliyalı oyunçusu Alessandro da Silva komandanın Flaqmanın düşərgəsinə yenidən qayıdır. Siasport.az saytının məlumatına görə, "Neftçi" - "Sumqayıt" qarşılaşmasında zədələnən legioner futbolçu müalicəsini vətənində alaraq Bakıya qayıdıb. Silvanın bir neçə gün sonra məşqlərə başlayacağı gözlənilir. Bu haqda futbolçu fikirlərini belə ifadə edib: "Zədə aldıqdan sonra Braziliyaya getmişdim. Müalicəmi başa vurub geri Bakıya qayıtdım. Bir neçə gün sonra məşqlərə başlayacağam. Hazırda isə özümü yaxşı hiss edirəm. Tez bir vaxtda meydana çıxıb komandama kömək etmək istəyirəm ".
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB