"2020-ci ilə qədər dünyadakı "Qalatasaray" azarkeşlərinin sayı 100 milyona çatacaq"
İstanbulun "Qalatasaray" futbol klubunun prezidenti Ünal Aysal Türkiyə mətbuatına verdiyi açıqlamada bildirib ki, 2020-ci ilə qədər dünyadakı "Qalatasaray" azarkeşlərinin sayı 100 milyona çatacaq. Siasport.az saytı xəbər verir ki, Ü.Aysal dünyadakı "cim bom" azarkeşlərinin təşkilatlanması və sayının daha da çoxalması üçün konkret proqram hazırladıqlarını, yaxın vaxtlarda bu istiqamətdə ciddi addımlara başlayacaqlarını dilə gətirib.
Hazırda təkcə Almaniyada 1,5 milyon "Qalatasaray"lının yaşadığını bildirən Ü.Aysal, ABŞ və digər Avropa ölkələrində, eləcə də Şərq dövlətlərində milyonlarla "Qalatasaray" azarkeşinin mövcud olduğunu və onların təşkilatlanması üçün müvafiq qurumların yaradılmasının olduqca zəruri olduğunu diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB