5 mart İdman Günü münasibətilə AMİU-da tədbir keçiridi

5 mart İdman Günü münasibətilə AMİU-da tədbir keçiridi

Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədris korpusunda 5 mart İdman Günü ilə əlaqədar olaraq tədbir keçirilib. Keçirilən tədbirdə Mədəniyyət və İncəsənət Univeritetinin prorektoru Rafiq Sadıqov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sədri Raqif Abbasov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, tanımış kinorejissorlar və bir neçə universitetin idman kafedralarının müdiri iştirak edirdi.

Qeyd edək ki, tədbir Rafiq Sadıqov çıxışı ilə başlayıb. İştirakçıları salamlayan prorektor bir neçə il ərzində universitetdə idman sahəsində görülən işlərdən danışıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sədri Raqif Abbasov isə idmançıların gördüyü işlərdən danışıb. Türkiyədə keçirilən yürüş zamanı gənclərin dövlətə göstərdiyi dəstəkdən söhbət açıb. Sonra isə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev isə dövlət başçısının idmana göstərdiyi dəstəkdən söz açıb. Sonda isə göstərdiyi xidmətlərə görə, idman nümayəndələrinə diplom və medallar təqdim olunub.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə