Xəbər verdiyimiz kimi, bir müddət əvvəl İstanbulun "Beşiktaş" futbol klubunun bir neçə futbolçusu, müqavilədə nəzərdə tutulan əmək haqlarının verilməməsi səbəbindən UEFA-ya şikayət məktubu göndəriblər. Siasport.az saytı xəbər verir ki, dünən axşam UEFA-nın mənzil-qərargahından "Beşiktaş" futbol klubunun baş ofisinə göndərilən məktubda, əmək haqlarının verilməməsi ilə bağlı UEFA-ya rəsmi şəkildə ərizə göndərən futbolçuların əmək haqlarının ödənilməsi tələb olunub. Məktubda qeyd olunub ki, əks halda UEFA tərəfindən "Beşiktaş"a qarşı ciddi maliyyə sanksiyaları tətbiq olunacaq və həttda İstanbul klubu UEFA yarışlarından kənarlaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB