Dünən keçirilən yoldaşlıq qarşılaşmalarında acınacaqlı məğlubiyyətə üzülən komandalardan biri də qardaş Türkiyə millisi olub. Siasport.az saytı xəbər verir ki, yeni baş məşqçi Abdullah Avcının ilk debütü uğursuz alınıb. Belə ki, Bursada Slovakiya millisini qəbul edən qardaş ölkənin yığma komandası, 1:2 hesablı məğlubiyyətə üzülməli olub. "Fənərbaxça"lı Stokun və digər slovakiyalı Viessin qollarına, "ay ulduzlular", Ömər Toprakın qolu ilə cavab verməli olublar. Oyundan sonra keçirilən mətbuat konfransında çıxış edən A.Avcı bildirib ki, alınan nəticədən fərqli olaraq, futbolçularının əzmkar oyunundan razı qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB