"Xoruzlar" almanlara futbol dərsi keçdilər!

"Xoruzlar" almanlara futbol dərsi keçdilər!

Dünən yoldaşlıq oyunları çərçivəsində öz meydanında futbol üzrə Fransa millisini qəbul edən Almaniya yığması şok məğlubiyyət yaşayıb. Siasport.az saytı xəbər verir ki, son bir neçə ildə məğlubedilməz komanda imici qazanan Almaniya yığması, bunun əksinə olaraq son illər daha çox uğursuz futbol oynaması ilə yadda qalan Fransa komandasına öz meydanında 1:2 hesablı məğlubiyyətə uğramalı olub. Bir çox dünya ulduzlarının heyətində çıxış etdiyi alman millisi, bu məğlubiyyətlə sözün əsl mənasında hər kəsi təəcübləndirməli olub. Avropa mətbuatı, fransızların alman torpağındakı bu qələbəsini "xoruzların" dirçəlməsi kimi təqdim edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə