\"Topaz\"ın internet versiyası \"etopaz.az\"ın təqdimat mərasimi keçirildi
Bu gün Park-İnn mehmanxanasında Azərbaycanda ilk mərc oyunu olan \"Topaz\"ın internet versiyasının təqdimat mərasimi keçirildi. Siasport.az saytının məlumatına görə, tədbirdə NETBET MMC-nin baş direktoru Altay Əliyev, Azəridmanservis MMC-nin direktoru Azər Məhərrəmli və digər idman nümayəndələri iştirak edirdi.
İlk öncə çıxış edən Altay Əliyev qonaqları salamadı və dünya idmanına həsr olunmuş video-çarxı nümayiş etdirdi. Bundan sonra çıxış edən Azər Məhərrəmov \"Topaz\"ın inkişafı üçün dəstək göstərdiyinə görə Gənclər və İdman Nazirliyinin rəhbərliyinə öz təşəkkürün bildirdi.
Qeyd edək ki, Altay Əliyev mətbuat qarşısında ilk dəfə olaraq internet vasitəsilə \"etopaz\"a pul qoyuluşunu və saytda işin aparılması barədə məlumat verdi.
Məlumat üçün bildirək ki, hazırda etopaza futbol və basketbol idman növləri üzrə pul qoyuluşu mövcuddur. Bundan sonra isə voleybol, xokkey və digər idman növlərinə də pul qoyuluşu planlaşdırılır. Sayta daxil olmaq üçün www.etopaz.az internet səhifəsindən istifadə etmək lazımdır.
Xatırladaq ki, Türkiyənin Millioner şirkətinin dəstəyi ilə fəaliyyətə başlayan \"Topaz\"a internet vasitəsilə pul qoymaq üçün bank hesablarından, plastik kartlardan istifadə olunacaq.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə