Daha bir voleybol klubumuz mübarizəni dayandırıb

Daha bir voleybol klubumuz mübarizəni dayandırıb

Qadınlardan ibarət voleybol komandaları arasında keçirilən Çempionla Liqasının ¼ final mərhələsində daha bir komandamız mübarizəni dayandırıb. Siasport.az saytının məlumatına görə, "Azərreyl" dən sonra "Rabitə" klubu da yarımfinala çıxa bilməyib.

Belə ki, doğma meydanda Türkiyənin "Fənərbaxça" komandasına məğlub olan "Rabitə" səfərdə də rəqibə qalib gələ bilməyib. 3:0 hesabı ilə qalib gələn "Fənərbaxça" komandamızı yarımfinala gedən yolda dayandırıb.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə