Dünyanın 50 ölkəsi qalibi müəyyən etmək üçün meydana çıxdı

Dünyanın 50 ölkəsi qalibi müəyyən etmək üçün meydana çıxdı

Xəbər verdiyimiz kimi, Azərbaycan - Fələstin millilərinin görüşü keçirilən vaxtlarda dünyanın 50 ölkəsini təmsil edən yığma komandaları öz aralarında qalibi müəyyən etmək üçün meydana çıxdı. Siasport.az saytının məlumatına görə, Azərbaycan millisi Fələstin yığmasına 2:0, Abdullah Avcının rəhbərlik etdiyi Türkiyə yığması isə Slovakiya millisinə 2:1 hesabı ilə məğlub olduğu bir vaxtda ən çox maraq göstərilən qarşılaşmada Argentina İsveçrəyə 3:1 hesabı ilə qalib gəlib. Oyunda Lionel Messi hettrikə imza atıb.

Qeyd edək ki, gecənin digər maraqlı qarşılaşması isə Almaniya və Fransa arasında keçirilib, görüşdə almanlar fransızlara 1:2 hesabı ilə məğlub olub. Digər oyunda isə ABŞ 1:0 hesabı ilə İtaliyanı məyus edib.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə