21 yaşlı futbolçularımız İslandiya millisini minimal hesabla məğlub etdi
Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində 21 yaşlı futbolçulardan ibarət milli komandamız eyni yaşlı İslandiya yığmasını qəbul edib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosasiyasının Futbol Mərkəzində yerləşən "Dalğa Arena" da baş tutan qarşılaşma 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Məlumat üçün bildirək ki, oyunda vurulan yeganə qolun müəllifi yığmamızın şərəfini qoruyan Əli Gökdəmir olub.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB