Millimiz 162-ci komandaya məğlub oldu

Millimiz 162-ci komandaya məğlub oldu

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təlim-məşq toplanışı üçün səfər etmiş Azərbaycan milli komandası eyni zamanda digər ölkələrin yığma komandaları ilə yoldaşlıq oyunu keçirir. Siasport.az saytının məlumatına görə, "The Sevens" stadionunda Fələstin yığması ilə qarşılaşan millimiz 2:0 hesabı ilə məğlub olub. Belə ki, dünya reytinqində 162-ci yerə sahib olan rəqibimiz hesabı qarşılaşmanın 39-cu dəqiqəsində açmağa müvəffəq olub. Əşrəf Narman fərqlənib. Birinci qoldan sonra hakimə etirazını bildirən Rəşad Sadiqov isə ilk öncə sarı, sonra isə qırmızı vərəqə almaqla millimizi azlıqda qoyub. Görüşün 79-cu dəqiqəsində növbəti topu qapımızdan keçirən Fələstin millisi komandamızın hücumlarına baxmayaraq qapısını toxunulmaz saxlaya bilib. Beləliklə, millimiz 2:0 hesabı ilə Fələstin yığmasına məğlub olub.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə