Mario Luis Horvat: “ Yoxsa bunu özümə bağışlamazdım”

Mario Luis Horvat: “ Yoxsa bunu özümə bağışlamazdım”

Səfərdə "Simurq"la qarşılaşan "Bakı"nın qələbə qazanmasına baxmayaraq legioner futbolçularından olan Mario Luis Horvat qırmızı vərəqə alaraq meydandan çıxarıldıqdan sonra öz etirazını bildirib. Siasport.az saytının məlumatına görə, oyunda qırmızı vərəqə aldığına təəccübünü gizlətməyən futbolçu bu sözləri deyib:

"Birinci vəziyyətdə yüz faizlik sarı vərəqəlik qayda pozuntusuna yol verdim. Amma ikinci vəziyyətdə nəyə görə cəzalandırıldığımı hələ də başa düşə bilmirəm. Mən xasiyyətcə intizamı sevən futbolçuyam. Komandamı azlıqda qoyduğuma görə məyus olmuşam. Bir daha qeyd edirəm ki, mənə qırmızı vərəqənin verilməsi mənim üçün çox gözlənilməz hadisə oldu. Həyatımda ilk dəfə idi ki, qırmızı vərəqə alaraq meydanı tərk edirdim. Karyeram ərzində isə belə halla ilk dəfə Azərbaycanda rastlaşdım. Yaxşı ki, bu oyunda qalib gəldik. Yoxsa, bunu özümə bağışlamazdım".


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə