Aykut Kocaman "Qalatasaray"ı indidən çempion elan edənlərə sərt etiraz etdi!

Aykut Kocaman "Qalatasaray"ı indidən çempion elan edənlərə sərt etiraz etdi!
İstanbulun "Fənərbaxça" futbol klubunun baş məşqçisi Aykut Kocaman, əzəli rəqibləri olan "Qalatasaray"ın ünvanına xəbərdarlıq səsləndirib. Siasport.az saytı xəbər verir ki, son tur çərçivəsində səfərdə "Eskişehirspor"a 1:2 hesabı ilə məğlub olan İstanbul klubunda əsəblər çox gərilib. Futbolçularına ciddi şəkildə xəbərdarlıq edən A.Kocaman, eyni zamanda diqqətə çatdırıb ki, qarşıdakı 6 pleyy-of matçında onların xal itirməyə qətiyyən haqları yoxdur.
A.Kocaman, eyni zamanda hazırda Türkiyə Superliqasının vahid lideri olan "Qalatasaray" azarkeşlərinin indidən komandalarını çempion elan etmələrini tələsik addım kimi qiymətləndirib. Elə indidən əzəli rəqibləri olan "Qalatasaray"ın çempion elan olunmasına qəti şəkildə etiraz edən gənc mütəxəssis bildirib ki, bu il kimin çempion olub-olmayacağını mayın sonunda hamı birlikdə görəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə