Madrid "Real"ında işləri uğurla getməyən Joze Maurinyo, deyəsən "dumanlı albiom"a dönmək barədə artıq qəti şəkildə fikirləşməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, bir neçə gün bundan əvvəl İngiltərə paytaxtına gedən portuqaliyalı futbol mütəxəssisinin, bir neçə futbol klubunun rəhbərləri və menecerləri ilə bir araya gəldiyi barədə ingilis mətbuatında xəbərlər dərc olunub.
İngiltərənin "The Sun" qəzeti iddia edir ki, portuqaliyalı mütəxəssisi öz komandasının sükanı arxasında görmək istəyənlərin sayı təkcə Roman Abramoviçin "Çesli"si ilə kifayətlənmir. Belə ki, Arsen Vengerlə bu mövsüm ciddi uğursuzluq yaşayan "Arsenal"dan başlamış ta "Tottenhem"ə qədər bir neçə ingilis futbol klubu da J.Maurinyo ilə əməkdaşlığa can atırlar. İngilis qəzeti iddia edir ki, J.Maurinyo da yenidən "dumanlı albioma" dönmək istəyir və bu il Madrid "Real"ı ilə İspaniya çempionluğunu qazanandan sonra İngiltərəyə dönmək istədiyini öz yaxın ətrafına açıq şəkildə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB