Musa Həsənov: “Son bir ildə Sumqayıt idmançıları ümumilikdə 176 medal qazanıb”-AÇIQLAMA

Musa Həsənov: “Son bir ildə Sumqayıt idmançıları ümumilikdə 176 medal qazanıb”-AÇIQLAMA

"Son bir ildə Sumqayıt idmançıları tərəfindən ümumilikdə 176 medal qazanılıb". Bunu SİA-ya açıqlamasında Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov bildirib. Əldə edilən uğurlardan danışan qurum rəsmisi idman növləri üzrə milli komanda heyətlərində şəhər idmançıları tərəfindən Dünya və Avropa yarışlarında 22 qızıl, 25 gümüş və 29 bürünc medal əldə olunduğunu deyib: "Bu medallardan 10 qızıl, 5 gümüş və 11 bürünc medal Olimpiya Oyunlarının Proqramına daxil olan idman növləri üzrədir. Bu isə o deməkdir ki, artıq bizim idmançılarımız tək ölkə daxili yarışlarda deyil, məhz Olimpiya Oyunlarında ölkəmizin bayrağını və adını şərəflə yüksəldir".

Bütün xəbərlər Facebook səhifəmizdə