Millimizin Fələstin yığması ilə qarşılaşacağı oyununu idarə edəcək hakimlər məlum olub

Millimizin Fələstin yığması ilə qarşılaşacağı oyununu idarə edəcək hakimlər məlum olub

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanış keçirən Azərbaycan millisi bu gün daha bir yoldaşlıq oyunu keçirəcək. Siasport.az saytının məlumatına görə, bu gün "The Sevens" stadionunda millimiz Fələstin yığması ilə qarşılaşacaq. Saat 17:30-da keçiriləcək görüşü aşağıda adları çəkilən hakimlər oyunu idarə edəcək:

Baş hakim: Əli Həmad

Baş hakimin köməkçiləri: Saleh Əlmarzoqi, Məhəmməd Əbdallah

Dördüncü hakim: Yaqup Qasem

Qeyd edək ki, bütün hakimlər Birləşmiş Ərəb Əmirliklərini təmsil edir.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə