Berti Foqts Dubayda Azərbaycan klublarının baş məşqçilərini bir araya yığıb

Berti Foqts Dubayda Azərbaycan klublarının baş məşqçilərini bir araya yığıb

Xəbər verdiyimiz kimi, Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunları keçirir. Siasport.az saytının məlumatına görə, Azərbaycan klublarının baş məşqçiləri də Dubaya millimizin yoldaşlıq oyunlarını izləmək üçün səfər edib. Qeyd edək ki, fürsətdən istifadə edən millimizin baş məşqçisi Berti Foqts Fuad İsmayılov – ("Kəpəz"), Qurban Qurbanov- ("Qarabağ"), Bəhmən Həsənov- ("Rəvan"), Rafiq Mirzəyev- (AZAL,) Cüneyt Biçer- ("Xəzər Lənkəran"), Kaxaber Tsxadadze- ("İnter"), Bernhard Raabın –("Sumqayıt")ın çalışdırıcılarının qatıldığı dəyirmi masada milli komandamızın və yerli klubların məşq prosesi, həmçinin futbolçuların hazırlıq səviyyəsi haqqında müzakirələr aparıb, rəy və təkliflərə aydınlıq gətirib.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə