Vəli Qasımov Avropa klublarına baş çəkir

Vəli Qasımov Avropa klublarına baş çəkir

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Vəli Qasımov "Pro" kateqoriyalı məşqçi kurslarına qatılaraq, Avropa klublarının düşərgələrinə baş çəkir. Siasport.az saytının məlumatına görə, ilk öncə İspaniyada olan V.Qasımov "Malaqa" komandasının məşqlərini izləyib. Bundan sonra isə o, Almaniyaya gedib. Bir həftədir ki, Almaniyada olan baş məşqçi burada Bundesliqada çıxış edən "Hoffenhayn" komandasının düəşgəsinə baş çəkib. Adı çəkilən klubun məşqlərini yerində izləyən Vəli Qasımov baş məşqçi Markus Babellə də görüşüb.

Məlumat üçün bildirək ki, M. Babel futbol karyerasında Almaniyanın "Bavariya", "Hamburq", "Ştutqart", İngiltərə klublarından isə "Bləkbern" və "Liverpul" komandalarında çıxış edib. Məşqçi kimi isə "Herta" və "Ştutqart" klublarında çalışıb.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə