Böyükağa Hacıyev yenidən meydana qayıtdı

Böyükağa Hacıyev yenidən meydana qayıtdı

"Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyev artıq sağalıb. Siasport.az saytının məlumatına görə, baş məşqçinin səhhətində yaranan problem öz həllini tapıb.

Məlumat üçün bildirək ki, "Xəzər Lənkəran" klubu ilə keçirilən oyunda 5:0 hesabı ilə qalib gəldikdən sonra səs tellərində problem yaranan Böyükağa Hacıyev bir neçə gün idi ki, komandasının məşqlərinə qatıla bilmirdi. Qeyd edək ki, artıq ötən gündən etibarən Flaqmanın çalışdırıcısı komandasının məşqlərinə iştirak edib.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə