Qoşqar Sarıyev 4 oyun və 400 manat cərimə olunub

Qoşqar Sarıyev 4 oyun və 400 manat cərimə olunub

Bu gün AFFA-nın Nizam-İntizam Komissiyasının qərarı ilə "Göyəzən"in heyətində çıxış edən Qoşqar Sarıyevə həm maddi, həm də oyundan kənarlaşdırılma cəzası verilib. Siasport.az saytının məlumatına görə, fevralın 25-də 2011/2012 mövsümündə Azərbaycan I divizionunun XVIII turunun "Karvan" klubu ilə "Göyəzən" komandaları arasında keçirilən matçın 70-ci dəqiqəsində "Göyəzən" klubunun 3 nömrəli dormasını geyən futbolçu Qoşqar Sarıyev hakimi təhqir etdiyinə görə, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, etdiyi hərəkətə görə futbolçu 4 oyunluq cəzalanıb. Klub isə 400 manat cərimə olunub.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə