"Qarabağ" klubu qış fasiləsindən sonra Premyer Liqa oyunlarına uğurlu start verdi. "Bakı" və "Kəpəz" komandaları ilə qarşılaşmalarda ardıcıl olaraq 2 dəfə qələbə qazanan komanda yerini 4-cü pillədə möhkəmlədə bilib.
Komandanın ön xəttində çıxış edən Bəxtiyar Soltanov hər 2 oyunda start heyətində meydana çıxaraq gözəl oyun nümayiş etdirib. Klubun rəsmi internet saytına müsahibə verən 22 yaşlı futbolçu Premyer Liqa oyunları haqqında bu fikirləri bildirib:
"Qış fasiləsində yaxşı hazırlaşmışdıq. Keçirilən təlim-məşq toplanışı zamanı güclü rəqiblərlə oynamışdıq. Özümüzə inam yaranmışdı. \"Bakı\"yla ilk oyunda çoxları hesabın gözlənilməz olduğunu söyləyirlər. Amma biz öz oyunumuzu tapanda, meydan da yaxşı olsa belə qələbələr qazanmağımız çətin deyil. Hesab daha da böyük ola bilərdi. Amma əsas odu ki, hər kəs oynadığımız futboldan zövq ala bildi. Hər halda olduqca güclü komandaya qarşı oynayırdıq. Biz onları zəif olduqları üçün deyil yaxşı oynadığımız üçün belə uda bildik. "Kəpəz"lə oyun daha çətin keçdi. Çünki, 2-ci top heç cür qapıdan keçmirdi, üstəlik, gəncəlilər sona qədər döyüşdü. Əsas odu ki, 3 xalı qazana bildik. Biz də meydana kimin çıxmasının önəmi yoxdu. Əlbəttə, hamı ilk "11"likdə olmaq istəyir. Amma komanda üçün ən yaxşısını baş məşqçi bilir. Qurban müəllim mənə şans verəndə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Qurban müəllim hamıdan maksimum yararlanmaq istəyir. Vaqifin gəlişi ilə rəqabət güclənib. Amma bu bizim xeyrimizədi. Yenidən milliyə dəvət almağım məndən asılı deyil. Təbii ki, hamı əsas komandanın formasını geyinmək istəyir. Qarşıdan 2 ev oyunu gəlir. Çalışmalıyıq ki, AZAL və "Simurq"la oyunlardan 6 xal götürək. Belə də medallar uğrunda mübarizə qoşula bilərik. Amma son 2 oyunumuz heç də asan olmayacaq. altılıqdan danışmaq hələ tezdir. Orda hər oyun 6 xal dəyərindədir."
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB