Neftçi Futbol Klubunun braziliyalı oyunçusu Rodriginyo müalicəsini davam etdirir. Siasport.az saytının məlumatına görə, artıq fizioterapiya kursunu keçib və fitnes zalında məşq edir.
Meydana çıxmağı səbirsizliklə gözlədiyini deyən futbolçu bunları ifadə edib: "Tez bir vaxtda zədəmi sağaldıb meydana çıxaraq komandama kömək etmək istəyirəm. Artıq həkimlərin nəzarəti ilə məşqlərə başladım. Hazırda yüngül fiziki hərəkətlərlə kifayətlənməli oluram. Meydana çıxmağı isə səbirsizliklə gözləyirəm".
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB