İranda keçirilən beynəlxalq turnirdə güləşçilərimiz 2 bürünc qazandı
Xəbər verdiyimiz kimi, Azərbaycan güləşçiləri İran İslam Respublikasının Qum şəhərində keçirilən yunan-Roma güləşi üzrə Yadigar İmam Kuboku beynəlxalq turnirində iştirak edib. Güləş Federasiyasının mətbuat katibi Mais Musayevin siasport.az saytına verdiyi xəbərə görə, Məşqçilər Şaban Donat və Turac Hüseynlinin rəhbərlik etdiyi Azərbaycan güləşçilərinin çıxışında 60 kq çəkidə Sakit Cəlilov və 74 kq çəki dərəcəsində Emin Əhmədov fəxri kürsüyə çıxa bilib.
Məlumat üçün bildirək ki, güləşçilərimiz 2 bürünc medal qazanaraq, komanda hesabında 3-yeri sahib olub.
Qeyd edək ki, beynəlxalq turnirdə 1-ci yeri İran, 2-ci yeri isə Qazaxıstan komandaları tutublar.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB