Elşən İsmayılov \"Dinamo Kazan\"la oyun öncəsi açıqlama verdi

Elşən İsmayılov \"Dinamo Kazan\"la oyun öncəsi açıqlama verdi

Sabah Bakı İdman Sarayında saat 18:00-da keçiriləcək \"Azərreyl\"- \"Dinamo Kazan\" cavab görüşündən əvvəl Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov mətbuata açıqlama verib. Rusiya mətbuatında bu oyunu idarə edəcək hakimlərin yerli komandaya simpatiyası haqqında yazılara fikir bildirən Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov belə bir halın mümkünsüzlüyü haqda danışıb. Siasport.az saytının məlumatına görə, o, fikirlərini belə ifadə edib: \"Kazanda keçirilən yerli "Kazan" komandası ilə oyunda Voleybol Federasiyasının rəsmiləri olaraq iştirak etdik və çox acınacaqlı hakimlik roluna şahidlik etdik, xüsusən də yan xətt hakimini qeyd etmək istəyirəm ki, çox əcaib şəkildə hakimlik edirdi. Yəni, meydançadan çox kənara düşən topları hakimlər çalışırdılar ki, "Kazan"ın xeyrinə hesab etsinlər. Bu cür hallarda demək olar ki, 8-10 vəziyyətdə yan hakim digər hakimlərin qərarını ləğv edə bildi, belə bir vəziyyətdə buna biz yenə də əhəmiyyət vermədik, çünki belə hallarla çox rastlaşmışıq. Amma bu günkü konfransa bizi məcbur edən o oldu ki, iki gündür Rusiya kütləvi informasiya vasitələrində birtərəf müsahibələr verilir ki, Azərbaycanda cavab oyunu ağır olacaq və hakimlər yerli komandaya simpatiya göstərəcək və.s. Məlum məsələdir ki, asan oyun olmayacaq. Biz bunu əvvəlcədən də demişik, bu gün də deyirik ki, çox ağır oyun olacaq. Bu da o demək deyil ki, hakimlikdə və ya təşkilatçılıqda nəsə başqa cür hadisələr ola bilər. Artıq bu gündən tamaşaçılar gəlməyə başlayır, nəinki Bakıdan, hətta rayonlardan da tamaşaçılar avtomaşınlarla izləməyə gələcək. Çünki bu elə-belə oyun deyil, əlimizdən gələni edəcəyik ki, qalib gələk. Lakin mətbuatda başqa mövqeyin tutulması nə Rusiya komandasına, nə də idmana yaraşan bir hal deyil. Yenə də qeyd etmək istəyirəm ki, bizim hakimlik və hakimlərlə nəsə etmək fikrimiz yoxdur\".


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə