U-21-lər arasında keçirilən Avropa Çempionatında hakim dəyişikliyi olub

U-21-lər arasında keçirilən Avropa Çempionatında hakim dəyişikliyi olub

U-21-lər arasında Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində fevralın 29-da keçiriləcək millimizin oyununu idarə edəcək hakimlərin heyətində dəyişiklik olunub. Siasport.az saytının məlumatına görə, saat 18:00-da, AFFA Futbol Mərkəzində yerləşən "Dalğa Arena"da baş tutacaq Azərbaycan – İslandiya oyununu idarə edəcək hakimlərin siyahısında bosniya və hersoqovinalı hakim başqa bir hakimlə əvəz ediləcək. Belə ki, yan xətt hakimi Senad İbrisimbeqoviçin əvəzinə rusiyalı Dmitri Mosyakin təyinat alıb.

Hakimlərin siyahısında olunan dəyişiklikdən sonra yeni heyət belə olub:

Baş hakim:

Emir Alekoviç (Bosniya və Herseqovina)

Baş hakimin köməkçiləri:

Momir Sirko (Bosniya və Herseqovina), Dmitri Mosyakin (Rusiya)

Dördüncü hakim:

Darko Obradoviç (Bosniya və Herseqovina)

Hakim-inspektor:

Vasili Melniçuk (Ukrayna)


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə