Millimizin daha bir rəqibinin heyəti məlum olub

Millimizin daha bir rəqibinin heyəti məlum olub

Dünya Çempionatı-2014-ün seçmə mərhələsində Azərbyacan millisi ilə eyni qrupda mübarizə aparacaq Portuqaliya yığma komandasının heyəti məlum olub. Siasport.az saytının məlumatına görə, Portuqaliya yığmasının fevralın 29-da Polşa millisi ilə keçirəcəyi yoldaşlıq oyununun heyəti aşağıdakı kimi təyin olunub:

Qapıçılar:

Beto ("Kluj", Rumıniya),

Eduardo ("Benfika"),

Ruy Patrisio ("Sportinq").

Müdafiəçilər:

Bruno Alves ("Zenit", Rusiya), Fabio Koentrao, Pepe (hər ikisi – "Real", İspaniya), Joao Pereyra ("Sportinq"), Nelson ("Betis", İspaniya), Rikardo Koşta ("Valensiya", İspaniya), Rolando ("Portu").

Yarımmüdafiəçilər:

Karlos Martins ("Qranada", İspaniya), Joao Moutinyo ("Portu"), Manuel Fernandes ("Beşiktaş", Türkiyə), Migel Veloso ("Cenoa", İtaliya), Raul Mereles ("Çelsi", İngiltərə), Nani ("Mançester Yunayted", İngiltərə), Ruben Mikael ("Saraqosa", İspaniya).

Hücumçular:

Kriştiano Ronaldo ("Real", İspaniya), Huqo Almeyda, Rikardo Kuarejma (hər ikisi – "Beşiktaş", Türkiyə), Helder Poştiqa ("Saraqosa", İspaniya), Nelson Oliveyra ("Benfika"), Varela ("Portu").

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə