Xocalı Soyqırımına həsr olunmuş beynəlxalq cüdo yarışı keçirilib

Xocalı Soyqırımına həsr olunmuş beynəlxalq cüdo yarışı keçirilib

Şağan Olimpiya İdman Kompleksində Xocalı Soyqırımı qurbanlarına həsr olunmuş 10 çəki dərəcəsində təşkil olunan beynəlxalq cüdo turniri yekunlaşıb. Cüdo Federasiyasından siasport.az saytına verilən məlumata görə, turnirin ilk günündə 5 çəki dərəcəsi üzrə yarışın qalibləri müəyyən olub.

Aşağıda göstərilən idmançılarımız birinci yerə layiq görülüb:

Nazir Talıbov (30 kq),

Asiman Rəhimov (38 kq),

İsmayıl Hacıyev (46 kq),

Elşad Adıgözəlzadə (55 kq).

Onu da əlavə edək ki, keçirilən beynəlxalq yarışın ikinci günündə isə aşağıdakı cüdoçularımız fəxri kürsünün ən yüksək pilləsinə çıxıb:

Orxan Fərzəliyev (34 kq),

Knyaz Mahmudov (50 kq),

Elvar Abdullayev (60 kq).

Qeyd edək ki, ümumi komanda hesabında aşağıdakı komandalar yer tutub.

Şağan Olimpiya Kompleksinin komandası I yer,

"Neftçi" İSM-in cüdoçuları II yer,

Gürcüstan və Kazaxıstan komandaları isə III yer.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə