U-16 və U-17 millimiz yoldaşlıq oyunu keçirib

U-16 və U-17 millimiz yoldaşlıq oyunu keçirib

Şağan Olimpiya İdman Kmopleksində Azərbaycanın U-16 və U-17 millli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Siasport.az saytının məlumatına görə, matç böyüklərin hesabına qurtarıb. Belə ki, 17 yaşa qədər futbolçulardan ibarət millimiz 2:1 hesabı ilə qələbə qazanıb.

Məlumat üçün bildirək ki, qalib komandadan qolları Təyyar Məmmədov və Mənsur Nəhavəndi vurublar. U-16-da isə Elnur Cəfərov həm komandasının, həm də özünün yeganə qolunu tabloya yazdırıb.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə