AFFA prezidentliyinə və İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər məlum oldu

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər məlum oldu

Martın 9-da AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosasiyasının növbəti hesabat-seçki Konfransı keçiriləcək. Siasport.az saytının məlumatına görə, toplantıda ilk öncə AFFA rəhbərliyinin hesabatı dinlənəcək, bundan sonra isə AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

Məlumat üçün bildirək ki, artıq bütün namizədlər məlumdur. Namizədliyini irəli sürən şəxslərin adları isə belədir:

Azərbaycan Futbol Federasiyaları Assosasiyasının prezidentliyinə namizəd

1. Rövnəq Abdullayev – namizədliyini özü irəli sürüb

İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər

1. Rauf Əliyev – "Neftçi" PFK.

2. Hafiz Məmmədov – "Bakı" FK.

3. Ələkbər Məmmədov – "İnter" PİK.

4. Kazbek Tuayev – AZAL FK.

5. Cahangir Hacıyev – Bakı Futbol Federasiyasından

6. Elmar Qasımov – Futbol Veteranları İttifaqı.

7. Mahir Məmmədov – Çimərlik Futbolu Federasiyası.

8. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası.

9. Elşad Nəsirov – FutbolsevərlərBirliyi.

10. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə