Aleksis Sançes: “Mən hələ onun səviyyəsinə çatmamışam”

Aleksis Sançes: “Mən hələ onun səviyyəsinə çatmamışam”

"Barselona" klubunun peşəkar futbolçularından sayılan Aleksis Sançes komanda yoldaşı Lionel Messini tərifləyib. Siasport.az saytının məlumatına görə, əslən Çilidən olan futbolçu onun üçün keçirilən yeni butsların təqdimat mərasimində Lionel Messini tərif atəşinə tutub. Belə ki o, belə ifadə edib: "Mən Lionel Messidən çox şey öyrənirəm. Mənə matçın hər dəqiqəsində eyni əzmkarlıqla oynamağı, meydanda matçın sonunadək mübarizə aparmağı və hər gün daha çox çalışmağı və nailiyyət əldə etməyi öyrədir. Mən hələ Messinin səviyyəsinə çatmamışam. Buna görə var gücümlə çalışıram".


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə