Azərbaycan millisi Hindistan yığması ilə qarşılaşacaq

Azərbaycan millisi Hindistan yığması ilə qarşılaşacaq

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı keçirən milli komandamız, həmçinin yoldaşlıq oyunları da keçirir. Siasport.az saytının məlumatına görə, Sinqapur yığması ilə qarşılaşaraq heç-heçə edən həmyerlilərimizin növbəti rəqibi Hindistan millisi olacaq.

Məlumat üçün bildirək ki, keçiriləcək növbəti yoldaşlıq oyunu fevralın 27-də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə