Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Azərbaycan – Sinqapur milli komandalarının yoldaşlıq görüşündən sonra millimizin baş məşqçisi Berti Foqts oyun haqda fikir bildirib. Siasport.az saytının məlumatına görə, komandadakı bəzi futbolçulardan narazılığını dilə gətirən baş məşqçi matç haqqında bunları deyib: "Qalib gəlməyə yaxın idik. Ancaq sonradan buraxdığımız 2 qol buna imkan vermədi. Əlbəttə, istəməzdik ki, uzatma dəqiqəsində qol buraxıb, qələbəni əldən verək. Görünür, bunun üzərində işləməyimiz lazımdır. Daha çox təcrübəli futbolçulardan narazı qaldım. Gənc futbolçulardan isə razıyam".
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB