Millimiz son dəqiqələrdə qələbəni əldən verdi

Millimiz son dəqiqələrdə qələbəni əldən verdi

Xəbər verdiyimiz kimi Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, "The Sevens" stadionunda millimiz Sinqapur yığması ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə heç-heçə nəticələnib.

Məlumat üçün bildirək ki, matçın ilk dəqiqələrində gözəl oyunu ilə fərqlənən millimiz 15-ci dəqiqədə hesabı açıb. Rauf Əliyev ilk qolun müəllifi olub. Beləliklə birinci hissə millimizin xeyrinə başa çatıb.

Mahir Şükürov qarşılaşmanın 62-ci dəqiqəsində hesabdakı üstünlüyü 2 topa çatdırıb. 2-ci qoldan sonra millimizin oyununda geriləmə baş verib. Sinqapur yığması 72-ci dəqiqədə penaltidən yararlanaraq fərqi bir topa endirib. Oyunda sonuncu qol 90+3-cü dəqiqədə vuruldu. Sinqapur yığmasının vurduğu qol komandamızın qələbə arzusunu yarımçıq qoyub. Beləliklə oyun 2:2 hesabı ilə başa çatıb.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə