Rusiyanın Moskva vilayətinin Lyubersi şəhərində rus idmançıları Yuri Kapitonov və Vladimir Kuzinin xatirəsinə həsr edilmiş boks üzrə beynəlxalq turnir keçirilib. Boks Federasiyasından siasport.az saytına verilən məlumata görə, "Spartak" İdman Sarayında təşkil olunan turnirdə Rusiya, Ukrayna və Azərbaycanı təmsil edən 130 boksçu mübarizə aparıb.
Məlumat üçün bildirək ki, Azərbaycanı bu turnirdə Avropa çempionu Salman Əlizadə təmsil edib. 52 kiloqram çəkidə çıxış edən həmyerlimiz finalda Tolyatti şəhərinin nümayəndəsi Radik Şarafuddinov ilə qarşılaşaraq məğlub edib.
Yarışın açılış bayrağını həmyerlimiz Salman Əlizadə və Avropa çempionu Maksim İqnatyev qaldırıb.Qeyd edək ki, boksçumuzla birlikdə Lyubersi şəhərinə onun şəxsi məşqçisi Nazim Mirhüseynov da səfər edib.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB