Robinyo "Milan"dan ayrılmaq istəmədiyini açıqladı...

Robinyo "Milan"dan ayrılmaq istəmədiyini açıqladı...

Son günlər İtaliyanın "Milan" futbol klubunun heyətində gözəl oyunu və məhsuldar futbolu ilə seçilən braziliyalı Robinyo, deyəsən futbolçu koryerasını elə bu klubda başa vurmaq istəyir. Belə ki, 2010-cu ildə "Milan"a gələndən sonra bu komandanın heyətində keçirdiyi 53 oyunda 18 dəfə rəqib qapılarını silkələyən 28 yaşlı futbolçu, "Milan"da daha böyük uğurlar qazanacağına inandığını vurğulayıb: "Burada özümü xoşbəxt hiss edirəm. Daha 10 il "Milan"da oynamaq istəyirəm. Hazırda A Seriyası və Çempionlar Liqasında inamla irəliləyirik. İnanıram ki, "Milan"da daha böyük uğurlar qazanacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə