Unibank Premyer Liqasının XXI turu "Xəzər Lənkəran"ın tarixində daha bir futbolçunun debüt etməsi ilə əlamətdar olub. Siasport.az saytının məlumatına görə, Kosta-Rika millisinin hücumçusu Rendal Brenes karyerasında ilk dəfə olaraq "Xəzər Lənkəran"ın formasını geyəcək.
Qeyd edək ki, "Qəbələ" ilə qarşılaşmada iştirak edən legioner futbolçu "Xəzər Lənkəran" tarixinin bütün oyunçularının ümumi sayını 142-yə çatdırıb.
Məlumat üçün bildirək ki, bu günə qədər "Xəzər Lənkəran" klubunun şərəfini qorumuş 142 oyunçudan 55-i yerli, 87-si isə əcnəbidir.
Onu da əlavə edək ki, 87-ci legioner kimi klub tarixinə düşən Brenes 2-ci kosta-rikalı futbolçudur. İndiyə kimi yalnız Uinston Parks komandada Kosta-Rikanı təmsil etmişdi.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB