Canlı futbol əfsanəsi Diyeqo Maradona, yenə səs-küylü açıqlama ilə diqqət mərkəzinə düşüb. Siasport.az saytı xəbər verir ki, argentinalı futbol əfsanəsi, İspaniyanın "Barselona" futbol klubunun dünyanın ən yaxşı futbol komandası olması fikri ilə qətiyyən razı deyil. Hazırda məşqçilik koryerasını Birləşmiş Ərəb Əmirliyində davam etdirən futbol əfsanəsi, 1974-cü ildəki dünya çempionatı zamanı izlədiyi Hollandiya millisini dünyanın ən yaxşı futbol komandası kimi qəbul edir:
" O zaman 14 yaşım var idi. Onlara baxanda futbolun sehrinə düşürdüm. Sanki ayaqları yerə dəymədən futbol oynayırdılar.
"Barselona"ya gəldikdə deməliyəm ki, hazırda İspaniya çempionatında güclü rəqib olmadığı üçün "Barselona" ən güclü kimi görünür. Onların rəqiblərinə baxanda, bu komandaların katalonlardan qat-qat zəif olduğları açıq-aydın göz qabağında canlanır. Belə olanda birtərəfli futbolla necə ən güclü olmaq olar?"-deyə D.Maradona fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB