\"Neftçi\" klubu ilə \"Rəvan\" arasında keçirilmiş oyununda vurulmuş qoldan sonra \"Neftçi\"nin futbolçusu Mirhüseyn Seyidov etdiyi hərəkətə izahat verib. Siasport.az saytının məlumatına görə, gərgin keçən oyundan sonra vurulan qolun sevincini etdiyi hərəkəti ilə yanlış ifadə etdiyini vurğulayan futbolçu, fikirlərini belə qeyd edib: \"Rəvan\"la oyunumuz gərgin alındı. İlk dəqiqələrdən rəqibdən üstün oyun nümayiş etdirsək də qolu son dəqiqələrdə vura bildik. Təəssüf ki, vurduğumuz qolun sevincini yanlış tərzdə ifadə etdim. Bu sırf emosional gərginlik səbəbindən baş verdi. Bir daha demək istəyirəm ki, bu hərəkətimlə nə rəqib komandanı, azarkeşləri, ümumiyyətlə heç kimi təhqir etmək istəməmişəm. Belə niyyətim olmayıb. Təhqir etmək niyyətim olmasa belə etdiyim hərəkətin yanlış olduğunu anlayıram və bütün futbol ictimaiyyətinə üzrxahlığımı bildirirəm. Söz verirəm ki, bu hal bir daha təkrar olunmayacaq\".
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB