Meneceri açıqladı: "Əmrə Belazoğlu "Fənərbaxça"nı mayda tərk edir!"
İstanbulun "Fənərbaxça" futbol klubunun futbolçusu Əmrə Belazoğlu, artıq İstanbul klubu ilə vidalaşmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Türkiyə millisinin də şərəfini qoruyan Ə.Belazoğlu, "Fənərbaxça" ilə may ayında bitəcək müqaviləsini yeniləmək fikrində deyil. Belə ki, son günlər bir çox transfer təklifləri alan bacarıqlı futbolçu, bundan sonra futbolçu koryerasını Avropa klublarında davam etdirməyi planlaşıdırır.
Futbolçunun meneceri Ahmet Bulut jurnalaistlərə bildirib ki, artıq futbolçu ilə birlikdə gələn təklifləri dəyərləndirmək üçün mart ayında bir araya gələrək qərar verməyə hazırlaşırlar. Xüsusi ilə Çinin bir neçə futbol klubu tərəfindən Ə. Belazoğluya transfer təkliflərinin gəldiyini təsdiqləyən A.Bulut bildirib ki, bütün bunlarla bağlı ən geci aprel ayında konkret qərar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB