ABŞ-ın Las-Veqas ştatında keçirilən "US Open" açıq çempionatında iştirak edən Azərbaycan aaekvondoçuları uğurlu çıxış edib. Taekvondo Federasiyasının mətbuat katibi Sənan Məhərrəmovun siasport.az saytına verdiyi xəbərə görə, mötəbər turnirin 4 final qarşılaşmasında iştirak edən azərbaycanlı idmançılar 4 gümüş, bir bürünc medala sahib olub.
Qeyd edək ki, London Yay Olimpiya Oyunlarına lisenziyasını təmin etmiş 80 kq çəki dərəcəsində çıxış edən Ramin Əzizov zədə səbəbindən final döyüşünə çıxa bilməyib. Millimizin daha bir üzvü 74 kq-da İlkin Şahbazov da yarışda gümüş medala qədər irəliləyə bilib.
Qadın taekvondoçularımızdan isə 46 kq-da Xəyalə Quliyeva və 67 kq-da Fəridə Əzizova ikinci yeri tutub.
Məlumat üçün bildirək ki, 74 kiloqram çəki dərəcəsində Fariz Əliyev isə yarımfinalda qələbəni əldən verərək bürünc medalla kifayətlənməli olub.
Səbinə Mikayılova isə mübarizəni ¼ finalda dayandırmağa məcbur olub. Onu da əlavə edək ki, Azərbaycan millisi turnirin ən mübariz komandası adına da layiq görülüb.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB