"Məncə "Beşiktaş" səddini keçmək çətin olacaq"

"Məncə "Beşiktaş" səddini keçmək çətin olacaq"
Dünən axşam keçirilən qarşılaşmalardan sonra UEFA Avropa Liqasının 1/18 final mərhələsinə vəsiqə qazanan komandaların adlarına aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, Portuqaliya "Braqa"sı ilə dueldən üzüaq çıxan İstanbulun "Beşiktaş" futbol klubu, bu mərhələdə İspaniyanın "Atletiko Madrid" futbol klubu ilə qarşılaşacaq.
Artıq Madrid təmsilçisinin baş məşqçisi Diyego Simeone bildirib ki, onlar üçün "Beşiktaş" səddini keçmək çətin olacaq: "Düzdür, mən "Beşiktaş"ın oyunlarını izləməmişəm. Amma bilirəm ki türk futbolu çox sərt və aqressiv olur. "Beşiktaş"ın heyətində çoxlu ulduz futbolçuların olduğunu bilirəm. Ümumilikdə deməliyəm ki, bizi olduqca çətin qarşılaşma gözləyir."-deyə D.Simeone fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə