Joze Mourinyo dilinin bəlasına düşüb...

Joze Mourinyo dilinin bəlasına düşüb...

Bir neçə gün bundan əvvəl UEFA Çempionlar Liqasının 1\18 final qarşılaşmasında Moskva "OMİK" ilə qarşılaşan "Real"ın baş məşqçisi Joze Mourinyo ciddi skandal yaratmaqla yadda qalıb. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbol mütəxəssisinin, qarşılaşmadan əvvəl UEFA nümayəndələri haqqında "Bu iblislər hansı topla oynayacağımızı hələ təyin etməyiblər?" ifadəsini işlətməsi, onun üçün böyük baş bəlasına çevrilib. Sən demə stadiondakı kameralar vasitəsi ilə qeydə alınan bu məqam, UEFA səlahiyyətlilərinə çatdırılıb. İspaniya Futbol Federasiyasının başçısı Louise Enflefield jurnalistlərə bildirib ki, bu cür açıqlama İspaniya futbolu adına çox xoşagəlməz işdir və onlar UEFA-ya müraciət edərək J.Mourinyonun cəzalandırılmasını tələb edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə