17 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması “Bakı” üzərində qələbə qazanıb
Bakıda keçirilən seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi "Bakı" klubunun 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş komanda ilə yoxlama xarakterli oyun keçirib. Siasport.az saytının məlumatına görə "Bakı" Futbol Klubunun təlim-məşq bazasında keçirilən görüş 2:1 hesabı ilə millinin xeyrinə yekunlaşıb.
Məlumat üçün bildirək ki, yığmanın heyətində qolların sahibi Ülvi İbazadə və Fəhmin Muradbəyli olub.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB